GreenCar of Azerbaijan
 
Elektromobillərin enerji doldurma üsulları
 
Elektromobilin enerjisini bir neçə üsulla doldurmaq mümkündür
 
Avtomobildəki batareyanın dəyişməyən cərəyanla işlədiyini, elektrik şəbəkəsində isə dəyişən cərəyanın olduğunu nəzərə alaraq, elektrik doldurma üsullarını da iki qrupa ayırmaq olar: 

dəyişən və dəyişməyən cərəyanla enerji doldurma
 
Dəyişən cərəyanda enerji doldurma evdə və yaxud dəyişən cərəyanlı stansiyalarda həyata keçirilə bilər. Bu halda, avtomobilin içərisində yerləşdirilmiş xüsusi cihaz dəyişən cərəyanı dəyişməyən cərəyana çevirir və bununla avtomobilin batareyası ona lazım olan cərəyanı əldə etmiş olur. Məhz daxili enerji doldurma cihazının gücü enerji doldurma müddətini təyin edir.
 

 
• 3,3 kVt-da adi enerji doldurma (adi məişət şəbəkəsində tam enerji doldurma 15 saata başa çatır)
 
• dəyişən cərəyanı dəyişməyən cərəyana çevirən cihazla, hansı ki bu cihaz və yaxud stansiya 43 kVt-a qədər gücdə ola bilər və üç fazalıdır (tam enerji doldurma 6-8 saata başa çatır)
 
Dəyişməyən cərəyanla enerji doldurma üçün xüsusi stansiyalardan istifadə edilir (Supercharger). Onlar üç fazalı şəbəkədən gələn dəyişən cərəyanı dəyişməyən cərəyana çevirir və 60 kVt-a qədər gücə sahib ola bilər. Bu halda, vacib məsələ budur ki, onlar batareyanı 80%-ə qədər doldururlar, qalan 20% üçün isə batareyanın bölmələri balanslaşdırılmalıdır və bu çox vaxt tələb edir.
 
• sürətli enerji doldurma (60 kVt-a qədər gücə sahib xüsusi stansiyaların köməyi ilə, 80% enerji doldurma 20 dəqiqə vaxt tələb edir)
 
 


YENİLİKLƏRDƏN XƏBƏR AL