Atmosferi yalnız zəhərli qazlar çirkləndirmir

Atmosferi yalnız zəhərli qazlar çirkləndirmir

2015-04-17 16:54:13 Atmosferi yalnız zəhərli qazlar çirkləndirmir

          Avtomobil havanı yalnız mühərrikdən çıxan qazla zəhərləmir. Bura təkərlərin tozunu və rezin örtüyün yerlə təması zamanı yaranan zəhərli maddələri də əlavə etsək, təhlükənin daha da böyüdüyünü görərik. Aparılan hesablamalar göstərir ki, hər avtomobil havaya ildə 10 kq. rezin toz buraxır.         

          Mütəxəssislərn fikrincə, nasaz və ya köhnə avtomobillərin atmosferə buraxdığı zəhərli qazların miqdarı adi hallarla müqayisədə 3-5 dəfə çoxdur. Bura, uzun müddətli tıxaclar, naşı sürücülərin nəqliyyat vasitəsi ilə qeyri – peşəkar davranışı, başqa sözlə tez-tez qaz və əyləcdən istifadəsi və s. kimi hallar daxildir. Nəzərə almaq lazımdır ki, yüksək və ya həddən artıq aşağı sürətlə hərəkət edən avtomobillərin ətraf aləmə vurdğu ziyan da 2-3 dəfə artıq olur.

          Atmosferi daha çox çirkləndirən isə benzinlə işləyən avtomobillərdir (75%). Siyahıda ikinci yeri dizel mühərrikli nəqliyyat vasitələri tutur (4%). Traktor və digər kənd təsərrüfarı maşınları isə siyahıda üçüncüdür (4 %). Ən dəhşətlisi odur ki, zaman keçdikcə qeyd olunan statistik rəqəmlər durmadam yüksələn xətt üzrə artır.



YENİLİKLƏRDƏN XƏBƏR AL