Elektromobil yalnız ekoloji təmizliyi ilə üstündür?

Elektromobil yalnız ekoloji təmizliyi ilə üstündür?

2015-04-17 17:58:09 Elektromobil yalnız ekoloji təmizliyi ilə üstündür?
Elektromobilləri digər avtomobillərdən fərqləndirən yalnız ekoloji təmizliyi deyil. Mütəxəssislər bu avtomobillərin istər qənaət, istərsə də rahatlıq baxımından digərlərindən nəinki geri qalmadığını, hətta üstün olduğunu bildirir. Bu üstünlükləri isə aşağıdakı kimi qruplaşdırmaq olar:

 

- Əlbəttə, elektromobilin ən böyük üstünlüyü yanacaqdan istifadə etməməsidir. Lakin diqqətlə düşünsək görərik ki, avtomobil sahiblərinin büdcəsinə yalnız yanacaq deyil, mühərrik yağının, filtirlərin vaxtlı – vaxtında dəyişilməsi, həmçinin mührərriki soyutmaq üçün nəzərdə tutulan mayelərin (antifriz) əlavə olunması və s. heç də az təsir etmir. Odur ki, elektromobil öz sahibini qeyd olunan bütün bu xərclərdən azad edir.

- Elektromobillər sadə konstruksiyası ilə seçilir. Bu növ avtomobilləri tarixən olduğu kimi, müasir dövrdə də idarə etmək olduqca asandır. Həmçinin konstruksiyanın sadəliyi avtomobilin dözümlülüyünü artırır, təmir prosesini asanlaşdırır.

- Müasir dövrdə insanları narahat edən və bir çox ciddi xəstəliklərin yaranmasına zəmin yaradan yalnız avtomobillərin buraxdığı zəhərli qazlar deyil, həmçinin nəqliyyat vasitələrinin insan psixologiyasına mənfi təsir edən gur səsidir. Elektromobillər bu baxımdan da ümumi normalara cavab verir. Bu növ avtomobillərin mühərriki demək olar ki, səs çıxarmır.

- Elektromobillərin əyləc sistemini elektrik mühərriki tənzimləyir. Sistem o qədər dəqiq və etibarlı çalışır ki, hətta yüksək sürətlə hərəkət edən nəqliyyat vasitəsini təcili dayandırmaq lazım olduqda avtomobil tapşırığın öhdəsindən layiqincə gəlir.

- Elektromobillərin təkələrinin dönmə bucağı da digər avtomobillərdən fərqli olaraq daha böyükdür. Təkərlərin demək olar ki, hamısı dönmə sistemi ilə təchis olunub.

- Yanacaqla çalışan nəqliyyat vasitələrini hər 5, yaxud ən yaxşı halda 10 min km. dən bir servisə aparmaq mütləqdir. Lakin sadə sistemlə təmin olunan elektromobillərdə bu müddət daha çoxdur. Qeyd olunan amil isə sürücüyə yalnız madiyyat baxımından deyil, zaman baxımından da sərfəlidir.

- Elektromobillərin ən böyük üstünlüklərindən biri də bu ailəyə məxsus avtomobillərin xüsusən qəza zamanı yanma və ya partlama ehtimalının sıfıra bərabər olmasıdır. 

 

Qeyd olunanlar elektromobillərin yalnız ekoloji təmizliyi ilə deyil, kifayət qədər önəmli keyfiyyətləri ilə seçildiyini söyləməyə əsas verir. Məhz bu üzdən də elektrik mühərrikli nəqliyyat vasitələrinə üz tutan ölkələrin sayı ildən – ilə daha da artır.



YENİLİKLƏRDƏN XƏBƏR AL