Dünya dövlətləri narahatdır

Dünya dövlətləri narahatdır

2015-04-17 16:57:07 Dünya dövlətləri narahatdır

Son illər ekoloji problemlərin daha ciddi hal alması, atmosfer qatında yaşanan problemlər, xüsusən də ozon qatının azalması, hətta “ozon” dəliyinin yaranması dünya dövlətlərini düşünməyə vadar edir. Məhz buna görə də, vəziyyətdən çıxış yolu kimi atmosferin çirklənməsinin az da olsa qarşısını almaq məqsədilə xüsusi beyin mərkəzləri yaradılır, analitik elmi araşdırmaların aparılması üçün beynəlxalq konfranslar təşkil edilir və gələcəyə istiqamətlənmiş proqramlar hazırlanır. Həmin proqrama aşağıdakı prinsiplər daxildir:  

 

- Tullantıların zəhərlilik dərəcəliyinin qiymətləndirilməsi;

- Daxili yanma mühərriklərinin təkmilləşdirilməsi;

- Avtomobil benzininin keyfiyyətinin artırılması;

- Neytrallaşdırıcılar;

-  Dizel yanacağı;

- Qazla işləyən avtomobillər;

- Elektromobillər, onlar havanı çirkləndirmir, qızdırmır, həm də o qədər də səs-küylü deyil;

- Yanacağın alternativ növləri;

-  Ekoloji vəziyyəti yaxşılaşdırmaq üçün avtomobil hərəkətinin təşkili. 

 

Qeyd olunanlarla yanaşı, alimlər bir məqamı da xüsusi qeyd edir: Atmosferin təmizliyini qorumaq avtomobillərdən daha çox sürücülərin məsuliyyətindən asılıdır. Sükan arxasına əyləşən hər sürücü nəqliyyat vasitəsinin texniki sazlığına xüsusi fikir versə, avtomobili idarə edərkən istər sürət, istərsə də əyləc sistemindən düzgün və peşəkar şəkildə yararlansa ətraf aləmin çirklənmə faizi də ikiqat azalar. 



YENİLİKLƏRDƏN XƏBƏR AL