Bakıda daha bir enerjidoldurma məntəqəsi istifadəyə verildi

Bakıda daha bir enerjidoldurma məntəqəsi istifadəyə verildi

2016-01-11 17:47:39 Bakıda daha bir enerjidoldurma məntəqəsi istifadəyə verildi

“GreenCar” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC), “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti (ASC) və IDEA (Ətraf Mühitin Mühafizəsi naminə Beynəlxalq Dialoq) İctimai Birliyi ilə birgə həyata keçirilən layihə çərçivəsində Bakıda daha bir enerjidoldurma məntəqəsi quraşdırılıb. “GreenCar”ın verdiyi məlumata əsasən, elektromobillər üçün yeni enerjidoldurma məntəqəsi Dövlət Bayrağı Meydanı Kompleksi ərazisində quraşdırılıb. Bununla da “GreenCar”ın paytaxtdakı enerjidoldurma məntəqələrinin sayı 3-ə çatıb. Buna qədər belə məntəqələr Heydər Əliyev Mərkəzinin parkındakı parkinqdə və “Park Bulvar” alış-veriş mərkəzinin üst parkinq ərazisində quraşdırılmışdı. Elektrik nəqliyyat vasitələrinin satış mərkəzi olan “GreenCar” MMC-nin IDEA və “Azərişıq” la birgə layihəsi çərçivəsində isə ümumilikdə Azərbaycanda 20 enerjidoldurma məntəqəsinin quraşdırılması nəzərdə tutulur. Bakıdan sonra bölgələrdə də belə məntəqələr qurulacaq.



YENİLİKLƏRDƏN XƏBƏR AL