GreenCar of Azerbaijan

 

“GreenCar” elektrik nəqliyyat vasitələrinin satış Mərkəzində ekoloji təmiz avtomobillərin nümunələri ilə tanış olmaq və əldə etmək mümkündür.

 

“GreenCar” MMC-nin IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) təşkilatının dəstəyi ilə ölkə ərazisində həyata keçirdiyi bu genişmiqyaslı innovativ- ekoloji layihənin məqsədlərindən biri ən son texnoloji yeniliklərin Azərbaycana gətirilməsidir. Belə ki, Mərkəzdə təqdim olunan elektrik avtomobilləri ətraf mühitin innovativ metodlarla qorunması, nəqliyyat vasitələri ilə ətraf mühitə atılan tullantıların minimum səviyyəyə endirilməsinə dəstək göstərir.

 

“GreenCar” elektrik nəqliyyat vasitələrinin satış Mərkəzi müxtəlif ölkələrin istehsalı olan elektrik nəqliyyat vasitələrinin–elektrik avtomobilləri, elektrik avtobusları, elektrik motosikletləri, elektrik velosipedlərinin və s. satışını həyata keçirir. Burada ziyarətçilərə elektrik avtomobillərinin ətraf mühitin qorunması baxımından üstünlükləri, onlarda tətbiq olunan texnoloji yeniliklər barədə məlumatlar təqdim edilir, həmçinin bu növ avtomobillərin satışı və texniki xidməti təşkil olunur.

 

Bu layihənin həyata keçirilməsi Azərbaycanda ətraf mühitin mühafizəsi, insanların sağlam təbii mühitdə yaşaması istiqamətindəki ekoloji təşəbbüslərə dəstək olmaqla, ətraf mühitə mənfi təsir edən amillərin qarşısının alınması və ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədi daşıyır.

 



YENİLİKLƏRDƏN XƏBƏR AL