GreenCar of Azerbaijan
  • Avtomobilin qiyməti nə qədərdir?

    Tesla Model S avtomobillərinin qiyməti komplektasiyasından asılı olaraq dəyişir:

     

    «Tesla – D 70 kWh» modeli baza komplektasiyasında 101.200 $;

    «Tesla - S 85 kWh Arxa ötürücü» modeli baza komplektasiyasında 108.330 $;

    «Tesla - S 85 kWh Tam ötürücü» modeli baza komplektasiyasında 114.800 $

    «Tesla - S 85D Performance» modeli baza komplektasiyasında 137.080 $-dir.

     

  • Bir tam şarj neçə kilometrə nəzərdə tutulub?

    Avtomobilin komplektasiyasından asılı olaraq, tam şarj edilmiş avtomobil təqribən aşağıdakı qədər məsafə qət edə bilir:

    «Tesla- S 70 kWh» - 386 km;

    «Tesla - S 85 kWh Arxa ötürücü » - 427 km;

    «Tesla - S 85 kWh Tam ötürücü» 435 km

    «Tesla - S 85D Performance» - 407 km

  • Teslanın maksimum sürəti nə qədərdir?

    Tesla Model S-in maksimum sürəti onların komplektasiyasından asılı olaraq dəyişir:

      «Tesla- S 70 kWh» - 225 km\s;

      «Tesla - S 85 kWh Arxa ötürücü » - 225 km\s;

      «Tesla - S 85 kWh Tam ötürücü» 250 km\s

      «Tesla - S 85D Performance» - 250 km\s

  • Tesla sıfırdan 100 km/s-a qədər sürəti neçə saniyəyə yığırlar?

    Teqdim olunan Tesla modellərinin 0-dan 100-ə qədər sürəti yığma müddəti onların komplektasiyasından asılı olaraq dəyişir:

    «Tesla- S 70 kWh» - 5.6 s;

    «Tesla - S 85 kWh Arxa ötürücü » - 5.4s;

    «Tesla - S 85 kWh Tam ötürücü» 4.4 s

    «Tesla - S 85D Performance» - 3.1 s

  • Avtomobili necə sifariş etmək olar və sifarişdən sonra nə qədər müddət ərzində avtomobil sifarişçiyə çatdırılır?

    Avtomobilləri GreenCar satış mərkəzindən sifariş edə bilərsiniz. Avtomobilin istəniyinizə uyğun komplektasiyasını seçirsiniz. Sifarişiniz qeydiyyata alındıqdan sonra 3 ay ərzində avtomobil sizə 

    çatdırılacaq. Qeyd edək ki, sifariş üçün avtomobilin dəyərinin yalnız 50%-ini ödəyirsiniz.

  • Avtomobil hansı komplektasiyalarda istehsal olunur?

    Avtomobil 3 komplektasiyada təklif olunur:

    «Tesla- S 70 kWh» 

    «Tesla - S 85 kWh Arxa ötürücü » 

    «Tesla - S 85 kWh Tam ötürücü» 

    «Tesla - S 85D Performance»

  • Avtomobilin batareyasını necə ve neçəyə sifariş edə bilərəm?

    Litium-İon batareyaların istifadə müddəti 8-10 ildir və batareyaların dəyişdirilməsi pulsuz həyata keçirilir.

  • Elektromobili harada və necə şarj etmək olar?

    Elektromobilləri bir neçə üsulla şarj etmək mümkündür:

     3,3 kVt güclü adi məişət cərəyanı ilə tam şarj 15 saata;

     43 kVt-a qədər gücə sahib olan xüsusi şarj qurğusu vasitəsilə tam şarj 6-8 saata;

     60 kVt-a qədər gücə sahib “Supercharger”in yardımı ilə tam şarj 20 dəqiqəyə tamamlanır.

  • Bu avtomobillər hansı ölkənin istehsalıdır? Onun hissələri də həmin ölkənin istehsalıdır, ya başqa ölkədən gətirilir?

    Hazırda GreenCar-ın alıcılara təqdim etdiyi Tesla ABŞ istehsalıdır. Avtomobilin detalları istehsalçıya məxsusdur.

  • Adi avtomobil servisləri bu avtomobilər üçün nə qədər uyğundur? Elektriklə işləyən avtomobillər üçün xüsusi servislər açılacaqmı? Planda varsa, nə vaxt?

    Rənglənmə, xarici detalların təmiri və s. kimi xidmətlər adi avtomobil servislərində həyata keçirilə bilərlər. Hal-hazırda elektromobillər üçün xüsusi servisin açılması üzərində iş gedir. Qısa müddətdə siz bu servis mərkəzlərinə müraciət edə bilərsiniz.

  • Belə fikirlər səslənir ki, yay və ya qış aylarında güclü isti və ya soyuqda avtomobillərin batareyaları sönür və s. Elektromobillərin batareyaları nə qədər davamlıdır və işləmə mexanizmi necədir?

    Tesla S-in batareyası 18650s modelli Litium-İon silindr bölmələrdən ibarətdir. Batareyaların öz istiliyini tənzimləmə mexanizmi var. Tesla şirkəti öz laboratoriyalarında bu batareyaların fərqli hərarətlərdə elektrik axımını yoxlayır, qəza testləri və digər növ sınaqlardan keçirir. Hər bir sındaqdan sonra batareyalar daha da təkmilləşdirilir. Tesla modəllərinin batareyası texniki göstəricilərinə görə bütün digər elektromobillərin batareyalarını geridə qoyur. Onların istifadə müddəti 8-10 ildir.

  • Müştərilərin seçim imkanının geniş olması üçün başqa modellər də olsa yaxşı olar. Satışda fərqli qiymətlərə elektromobillər olacaq?

    Son olaraq Tesla Model S-in müxtəlif komplektasiyaları müştərilərimizə təqdim etmişik və onun baza qiyməti komplektasiyadan asılı olaraq 101,200-137,080 $ arasında dəyişir. Yaxın gələcəkdə alıcılara fərqli qiymətə olan digər markalardan olan elektrobobillər təqdim etməyi planlaşdırırıq.  Məqsədimiz istəyən hər kəsin elektromobilə sahib ola bilməsini təmin etməkdir. Gələcəkdə elektromobillərlə yanaşı, elektriklə işləyən motosikllərin, velosipedlərin və digər nəqliyyat vasitələrinin gətirilməsi nəzərdə tutulur.

  • Həyət evi, qarajı olmayanlar bu avtomobili harada şarj etsinlər? Enerjidoldurma məntəqələri tikiləcək?

    GreenCar şirkəti ölkə ərazisində genişmiqyaslı innovativ-ekoloji layihənin həyata keçirilməsinə başlayıb. Enerji doldurma stansiyalarının qurulması layihənin tərkib hissəsidir.



YENİLİKLƏRDƏN XƏBƏR AL